Ürək sağlamlığı üçün ideal gəzinti müddəti

  • 2026.07.15 19:02
  • 297 Baxış
Ürək sağlamlığı üçün ideal gəzinti  müddəti

Gəzinti ürək sağlamlığını qorumağın ən sadə və təsirli yollarından biri hesab olunur. Kardioloqlar bildirirlər ki, bunun üçün hər gün saatlarla gəzməyə ehtiyac yoxdur.

Medicina.az xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Araşdırmalara görə, gündə 10–15 dəqiqə fasiləsiz gəzinti ürək-damar xəstəlikləri riskini azaltmağa başlayır. Mütəxəssislər ilk mərhələdə gündə 15 dəqiqə gəzməyi hədəf seçməyi, daha sonra isə bu müddəti tədricən artıraraq həftədə 150 dəqiqəyə çatdırmağı tövsiyə edirlər.

Həkimlərin sözlərinə görə, müntəzəm gəzinti yüksək təzyiq, xolesterin və diabet riskini azaltmağa kömək edir. Qaçış daha intensiv olsa da, ürək üçün əsas meyar hərəkətin davamlı olmasıdır.

Mütəxəssislər əlavə edirlər ki, yoxuşda gəzmək də ürək və əzələlər üçün daha faydalıdır, eyni zamanda oynaqlara qaçışdan daha az yük verir.

Xanım,
Medicina.az