Şimali Avropa ölkələrinin qidalanma modeli olan “Baltik dənizi pəhrizi” ürək-damar sağlamlığına müsbət təsir göstərdiyi məlum olub.
Medicina.az xəbər verir ki, bu barədə “News medical” məlumat yayıb.
Bildirilib ki, bu pəhrizin əsasını yulaf, arpa, çovdar, tərəvəz, giləmeyvə, balıq, paxlalılar və faydalı bitki yağları təşkil edir. Qırmızı ət, hazır məhsullar, şəkərli qidalar isə azaldılır.
Mütəxəssislər bildirirlər ki, bu cür qidalanma xolesterin və qan təzyiqinin yaxşılaşmasına, metabolik problemlərin riskinin azalmasına kömək edə bilər.
Xanım,
Medicina.az