Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyi 8 dəqiqə dayanan qadın – Ölümə yaxın nə görüb?

  • 2025.05.23 22:40
  • 84 Baxış
Ürəyi 8 dəqiqə dayanan qadın  – Ölümə yaxın nə görüb?



ABŞ sakini Brianna Lafferty 25 yaşında klinik ölüm yaşadı. Onun ürəyi 8 dəqiqə döyünmədi.


“Medicina” xəbər verir ki, o, Daily Mail-ə ölümünə yaxın gördükləri barədə danışıb.


Qız bir növ missiyası olduğunu hiss edərək özünə gəldi. Lafferty dedi ki, nəfəsini cəmi bir neçə dəqiqə saxlasa da, sanki aylar keçib.


Qız iddia edir ki, əvvəlcə kiminsə səsini eşidib, sonra qaranlığa qərq olub.
O, Yerdəki həyatın keçici və kövrək olduğunu başa düşdü. Onun “axirət” adlandırdığı dünyada belə vaxt yox idi, amma mükəmməl nizam hissi var idi. Tezliklə o, kainatın riyazi quruluşunu simvolizə edən sıfırlar və birlərin olduğu parlaq mavi parıltı ilə işıqlandırılan tuneldə "özünü tapdı.

Tunel onu pəncərələri və qapıları olmayan, yalnız nömrələrin olduğu ağ otağa apardı.

Sonra bir neçə parlaq mənzərə gördü. Bəzi səhnələrdə onun dərin əlaqə hiss etdiyi naməlum canlılar peyda oldu.

Bu canlılar qarla örtülmüş ağacların arasından sürüşüb keçdilər. Lafferti qarı sevmədiyini düşünəndə mənzərə bahara çevrildi. Bir anda ona elə gəldi ki, uçur. O, keçə bilmədiyi hasarın önünə çıxdı. Amerikalı həm də ürəyi yenidən döyünməzdən əvvəl ona tumar verilmiş hissi keçirib.


Lafferty miyoklonik distoniya adlanan nadir genetik beyin pozğunluğuna malikdir. İlk simptomlar on yaşında olanda ortaya çıxıb.

Xəstəliyə görə o, əzələ spazmları və ağrılardan əziyyət çəkir ki, bu da onun normal yatmasına və normal həyat sürməsinə mane olur. Onun ürəyi 2017-ci ildə dayanıb, bu zaman onun vəziyyəti xeyli pisləşib ,o, dörd gün yatmayıb və qrip olub.

Qız təcrübədən sonra reabilitasiyanın uzun və çətin olduğunu iddia edir. 2022-ci ildə o, eksperimental beyin əməliyyatı keçirdi və bu ona müsbət təsir etdi.

2020-ci ildə ABŞ-da Maykl Knapinski 45 dəqiqəlik klinik ölüm yaşamışdı. Həyata "qayıdış" zamanı bədən istiliyi 21°C-yə yaxın idi. Onun Lafferty-ninkinə bənzər bir şey yaşayıb-yaşamadığı məlum deyil. Lakin sağaldıqdan sonra kişi həyatını yaxşılığa doğru dəyişəcəyinə, xeyriyyəçiliklə məşğul olacağına və cəmiyyətin xeyrinə xidmət edəcəyinə söz verib.


Aygün Musayeva