Yeni araşdırma göstərib ki, ürək sağlamlığı üçün faydalı tərəvəzlər kişilər və qadınlarda fərqli təsir göstərə bilər.
Medicina.az xəbər verir ki, alimlər kişilərdə lobya, mərcimək və noxud kimi paxlalı bitkilər, qadınlarda isə brokoli, gül kələmi və kələm kimi tərəvəzlər ürək xəstəlikləri riskini azaltmağa kömək etdiyini bildirir.
Onlar qeyd ediblər ki, gündə cəmi bir porsiya bu tərəvəzləri qəbul etmək belə sağlamlığa müsbət təsir göstərə bilər. Bunun səbəbinin bitkilərin tərkibindəki maddələrin kişi və qadın hormonlarına fərqli təsiri ilə bağlı olduğu düşünülür.
Xanım,
Medicina.az