Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlar qurğuşundan kütləvi zəhərləndi

  • 2025.07.07 16:44
  • 86 Baxış
Uşaqlar qurğuşundan kütləvi zəhərləndi


Özəl uşaq bağçasında azı 19 uşaq qurğuşundan zəhərlənib.


"Medicina" xəbər verir ki, Çində qeydə alınan bu hadisə ilkin məlumata görə, zəhərlənmə qida əlavələrinin qatılması səbəbindən baş verib.

Uşaqlar uzun müddət davam edən zəhərlənmə simptomları (ürəkbulanma, ishal, mədə spazmaları və ayaq ağrıları) ilə sonra xəstəxanaya yerləşdiriliblər.

Həmçinin, uşaqların qanında qurğuşun səviyyəsi 379 mkq/l-ə çatıb, halbuki norma 250 mkq/l hesab olunur.

Nəşrin məlumatına görə, uşaq bağçasının müdiri cinayət məsuliyyətinə cəlb edilib. Bildirilir ki, hazırda müəssisədə hadisənin səbəblərini müəyyən etmək üçün qrup yaradılıb.

MEDİCİNA.AZ