Uzun müddətdir müalicə alan Kadir İnanırin son görünüşü - FOTO

  • 2026.05.06 15:14
  • 287 Baxış
Uzun müddətdir müalicə alan Kadir İnanırin son görünüşü -  FOTO

"Yeşilçam" (Türk kinosu) filminin usta aktyoru Kadir İnanırın son görünüşü pərəstişkarlarını göz yaşlarına boğub.

Medicina.az xəbər verir ki, Kadir İnanır, beynində qan laxtası yarandıqdan sonra 24 mart 2024-cü ildə təcili olaraq Ümraniye Təlim və Araşdırma Xəstəxanasına yerləşdirilib. O, huşsuz vəziyyətdə xəstəxanaya gətirilib və müdaxilədən sonra reanimasiyaya yerləşdirilib.



Səhhəti yaxşılaşdıqca İnanır, dörd ay reanimasiyada qaldıqdan sonra adi palataya köçürülüb və bir müddət sonra xəstəxanadan çıxarılıb. Lakin iyul ayında ağciyər infeksiyası səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.

Usta aktyorun fizioterapiya prosesinin bir ildən çoxdur davam etdiyi öyrənilib. Dostları və qohumları bu müddət ərzində hələ də müalicəsi davam edən İnanı tək qoymurlar.

İnanırun müğənni Coşkun Sabah da daxil olmaqla dostları ilə birlikdə çəkdirdiyi son şəkli internetdə yayılıb və pərəstişkarlarını göz yaşlarına boğub.


Aygün
Medicina.az