Uzunömürlülük üçün 5 vacib məsləhət

  • 2026.07.22 16:30
  • 311 Baxış
Uzunömürlülük üçün 5 vacib məsləhət

Nevroloq David Dodick sağlam beyin və uzun ömür üçün gündəlik əməl etdiyi əsas vərdişləri bölüşüb.

Medicina.az xəbər verir ki, o beyni qorumağın ən yaxşı yolu bütün bədənin sağlamlığını qorumaq olduğunu bildirib.

Mütəxəssis bunun üçün 5 əsas qaydanı tövsiyə edir:

Keyfiyyətli yuxu – kifayət qədər və müntəzəm yatmaq beyin funksiyalarını qoruyur.

Müntəzəm fiziki aktivlik – həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman və əzələ gücləndirici məşqlər etmək.

MIND pəhrizi – tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq, balıq, zeytun yağı kimi qidalara üstünlük vermək, ultra emal olunmuş qidaları və alkoqolu məhdudlaşdırmaq.

Əzələ kütləsini qorumaq – yaş artdıqca əzələləri gücləndirmək həm beyin, həm də maddələr mübadiləsi üçün vacibdir.

Kiçik addımlarla başlamaq – bütün həyat tərzini birdən dəyişmək əvəzinə, sağlam vərdişləri tədricən gündəlik həyata daxil etmək.

Xanım,
Medicina.az