Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vuruldu, güllə damarında gəzişdi – həkimlər möcüzə yaratdı

  • 2025.07.16 22:18
  • 279 Baxış
Vuruldu, güllə damarında gəzişdi   – həkimlər möcüzə yaratdı


Rusiyanın Sklifosovski İnstitutunda damarında güllə olan kişi uğurla əməliyyat edilib.



“Medicina” xəbər verir ki, köprücük sümüyü üstündən güllə yarası alan şəxs təcili tibbi yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.

Kompüter tomoqrafiyası zamanı məlum olub ki, güllə bədənə daxil olduqdan sonra yuxarı və aşağı boş venalar boyunca hərəkət edib və nəhayət, sağ böyrək venasında dayanıb.

Xəstə təcili əməliyyat edilib. Cərrahlar zədələnmiş damarları təcrid edərək, cəmi 6-7 dəqiqə ərzində müvəqqəti sıxıblar, gülləni çıxarıb qan dövranını bərpa ediblər.

Həkimlər bildiriblər ki, güllənin damarlar vasitəsilə belə hərəkəti tibbi praktika üçün olduqca nadir hadisədir.


Aygün Musayeva