Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstə onu sancan kobrayla xəstəxanaya gəldi

  • 2025.05.01 22:39
  • 156 Baxış
Xəstə onu sancan kobrayla xəstəxanaya gəldi

Kobra ilanın sancdığı qadın özünü itirməyərək, onu tapdalayıb.


“Medicina” xəbər verir ki, Taylanddakı Sa Kaeo xəstəxanasına özünü çatdıran xəstə tək deyildi, qadın ölü üç metrlik kobranı arxasında sürükləyirdi.

Məlum olub ki, Supin adlı qadın həmin gün göbələk yığırdı və sürünən tərəfindən hücuma məruz qalıb. Kobra qadının ayağını dişlədikdən sonra qadın qəzəblə onu tapdalamağa başlayıb.

Bundan sonra qadın xəstəxanaya gedib.

Dişləmədən təxminən iki saat keçməsinə baxmayaraq, Supin hələ də şüurlu idi. Antidot qəbul edən xəstə bir müddət sonra evə buraxılıb.

O, sağ qalmasını möcüzə hesab edir, lakin əlavə edir: Sakit qalsanız və sona qədər mübarizə aparsanız, bir çox təhlükəli vəziyyətlərdə sağ qala bilərsiniz.


Aygün Musayeva