İldə bir neçə dəfə çiban çıxaranlar – Niyə yaranır?

  • 2019.11.13 17:00
  • 31239 Baxış
İldə bir neçə dəfə çiban çıxaranlar –  Niyə yaranır?
Çiban partladıqda içərisindən irin axan və iltihabı daha da yayılan dəri infeksiyasıdır. İldə bir neçə dəfə çıxan çibanlar ümumi yayılmış bir problemdir. 


Medicina.az xəbər verir ki, əksər insanlarda ildə bir dəfədən çox görülən çibanlar ciddi xəstəliklərdən xəbər verə bilər. "Staphylococcus aureus” adlı bakteriyalar çibanların çıxmağına səbəb olur. 


Bundan əlavə çıbanın çıxmağına aşağıdakılar səbəb olur:

 

-diabet -tiroid (qalxanvari vəz) səbəbiylə həddindən artıq tərləmə -immunitet sisteminin zəifləməsi -böyrək çatışmazlığı -anemiya - xərçəng -ekzema - göbələk dəri xəstəlikləri

 

- uzun müddət hərəkətsiz qalma, oturaq həyat - qıcıqlanma və sürtünməyə səbəb olan dar geyimlər - sintetik parça, çirkli və mikroblar - sərt kimyəvi maddələrə məruz qalma -

 

uzun müddət yorğunluq, aclıq -həddindən artıq arıqlama - spirtli içki istifadəsi - vitamin və protein çatışmazlığına səbəb ola bilər 


Çibanın əlamətləri: 


- Dəridə noxud boyda şişkinlik 

- Ağrı və ya sızıltı 

- Şişkinliyin ortasında ağ və ya sarı irin 


- Çibanın ətrafında temperaturun artması 

- Yorğunluq

 - Qızdırma 

- Qaşınma, qızartı 

 

 


Çiban ümumiyyətlə çıxdıqdan 10 gün sonra evdə müalicə ilə kortəbii şəkildə keçir. Onu sıxmaq olmaz.


Çibanın partladığı dəri ətrafını da təmiz bir parça ilə silmək lazımdır. Ona çılpaq əllərlə toxunmaq olmaz. Əks təqdirdə iltihab yayıla bilər. Çibanın içinin tam boşalması üçün gündə 5-10 dəqiqə isti kompres tətbiq olunmalıdır. Çiban çox böyükdürsə, tibbi yardım axtarılmalı və çibanın üzərində kiçik bir kəsik açaraq iltihab boşaldılmalıdır. 


Göz ətrafında meydana gələn çibanlar həmişə bir həkim tərəfindən müalicə edilməlidir. Çünki, gözdə olan infeksiyanın keçib qan dövranına keçərək beyinə çatma riski var.

 


İldə bir neçə dəfə çiban çıxaranlar –  Niyə yaranır?
İldə bir neçə dəfə çiban çıxaranlar –  Niyə yaranır?
İldə bir neçə dəfə çiban çıxaranlar –  Niyə yaranır?
İldə bir neçə dəfə çiban çıxaranlar –  Niyə yaranır?