Xəstəxanada belə bir-birinin əllərini buraxmadılar...

  • 2026.05.04 22:54
  • 270 Baxış
Xəstəxanada belə bir-birinin  əllərini buraxmadılar...

Türkiyədə Rizə şəhərində əl-ələ gəzən 87 yaşlı Cevdet Sarıgül və 85 yaşlı həyat yoldaşı Selime Sarıgül dönən pikap tərəfindən vurulub. Qəzada yaralanan cütlük xəstəxanaya aparılıb və müalicə zamanı bir-birlərinə dəstək olmaları diqqət çəkib.

Medicina.az xəbər verir ki, qəza Rizə şəhərinin Pazar rayonunda günorta saatlarında şəhər mərkəzində baş verib.

Məlumata görə, Cevdet Sarıgül (87) və həyat yoldaşı Selime Sarıgül (85) şəhər mərkəzində gəzərkən dönməyə çalışan maşının vurması nəticəsində yerə yıxılıblar. Şahidlər dərhal səhiyyə və polis qruplarına məlumat veriblər.



Hadisə yerinə gələn tibb qrupları yaralı cütlüyə ilk tibbi yardım göstərib və daha sonra onları təcili yardımla Kaçkar Dövlət Xəstəxanasına aparıblar. Müalicə alan Sarıgül cütlüyünün sağlamlıq vəziyyətinin izlənildiyi öyrənilib.

Xəstəxanada müalicə alan yaşlı cütlük bir-birinin əlini tutaraq dəstək olublar.



Emosional anlar xəstəxana mühitində əks olunub. Digər tərəfdən, qəza anı yaxınlıqdakı müəssisələrə məxsus təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb. Polis qrupları hadisə ilə bağlı araşdırma başladıb.

Aygün
Medicina.az