Yemişi doğrayarkən edilən balaca bir diqqətsizlik onun bütün dadını və şirəsini yox edir.
Medicina.az xəbər verir ki, Fransanın məşhur kulinariya platforması “Marmiton” yemişin tumlarını bıçaqla kəsmək əvəzinə qaşıqla təmizləməyin vacibliyini açıqlayıb.
Bildirilib ki, tumları bıçaqla təmizləyərkən meyvənin ən şirin və ətirli hissəsi zədələnir və bütün şirəsi doğrama lövhəsinə axıb gedir. İri xörək qaşığını yemişin içində dairəvi fırlatdıqda isə tumlar və liflər etinə zərər dəymədən, tam şəkildə kənarlaşdırılır. Bu üsulla zədələnməyən yemiş soyuducuya qoyulduqda suyunu salmır, dadını və təravətini daha uzun süre qoruyub saxlayır.
Xanım,
Medicina.az