Alman alimlərinin apardığı yeni araşdırma yuxu zamanı təsadüfi səslərin beynin yeni məlumatları yadda saxlamasına mənfi təsir edə biləcəyini göstərib.
Medicina.az xəbər verir ki, tədqiqatda 20 nəfər iştirak edib.
Onlar əvvəlcə müxtəlif məlumatları öyrənib, daha sonra üç saatlıq yuxu zamanı müşahidə olunublar. Birinci gün iştirakçılar yatarkən onlara müxtəlif səslər dinlədilib, ikinci gün isə yuxu tam sakit şəraitdə keçirilib.
Nəticələr göstərib ki, səslər dərin yuxunu pozur, yaddaşın möhkəmlənməsində vacib rol oynayan yavaş beyin dalğalarının azalmasına səbəb olur.
Səssiz yuxudan sonra isə iştirakçılar öyrəndikləri məlumatları daha yaxşı xatırlayıblar.
Xanım,
Medicina.az