Yuxuda gülənlərdə nə çatışmır?

  • 2026.07.20 17:35
  • 307 Baxış
Yuxuda gülənlərdə nə çatışmır?


Bəzən insanlar yuxuda ucadan gülür, hətta yanındakı insanı oyadır. Çoxları bunu maqnezium, B12 və ya başqa vitamin çatışmazlığı ilə əlaqələndirir. Amma bu fikir elmi cəhətdən təsdiqlənməyib.

Medicina.az xəbər verir ki,bu sindromun ən çox rast gəlinən səbəbi REM yuxusudur. Bu mərhələdə beyin çox aktiv işləyir və yuxular daha canlı olur. Gülməli yuxu görən insan istəmədən gülümsəyə və ya qısa müddət gülə bilər.

Nə vaxt təhlükəli ola bilər?

Əgər yuxuda gülmə ilə yanaşı bunlar da olursa:
qışqırmaq,
əl-qol atmaq,
yuxuda gəzmək,
tez-tez təkrarlanması,
gün ərzində yuxululuq, onda nevroloq və ya yuxu mütəxəssisinə müraciət etmək lazımdır. Bəzən bu, yuxu pozuntularının və ya nadir nevroloji problemlərin əlaməti ola bilər.

Araşdırmalar göstərir ki, insanlar yuxuda təkcə gülmür. Onlar ağlaya, danışa, mahnı oxuya, hətta mürəkkəb hərəkətlər də edə bilərlər. Bunların çoxu yuxunun müəyyən mərhələləri ilə əlaqəlidir və hər zaman xəstəlik demək deyil.

Yuxuda gülmək adətən vitamin çatışmazlığından yox, yuxunun xüsusiyyətlərindən qaynaqlanır. Əgər bu hal tez-tez təkrarlanır və başqa narahatedici əlamətlərlə müşayiət olunursa, həkim müayinəsi məsləhətdir.

Aygün Musayeva