Xroniki yorğunluq sindromundan əziyyət çəkənlər üçün - Xüsusi reseptlər

  • 2019.04.17 16:58
  • 9739 Baxış
Xroniki yorğunluq sindromundan əziyyət çəkənlər üçün -  Xüsusi reseptlər

Müasir zamanda demək olar ki, hər 3 nəfərdən 2-si xroniki yorğunluqdan əziyyət çəkir. 


Medicina.az sizə xroniki yorğunluğu aradan qaldırmaq üçün ən yaxşı 5 resepti təqdim edir: 


1. Qoz. Bir stəkan qoza eyni miqdarda bal və limon götürün. Qozu və limonu xırdalayın. Üzərinə bal əlavə edərək qarışdırın və soyuducuya qoyun. 2 həftə boyunca gündə 3 dəfə olmaqla 1 x/q için.

 

2. Yeni sıxılmış üzüm şirəsi. Özünüzü gümrah hiss edənə kimi yeməkdən əvvəl  gündə 2 x/q qəbul edin. 


3. Şam ağacı. Şam ağacının yarpaqlarını yuyun. Sobada 15 dəqiqə ərzində qurudun, xırdalayın. Daha sonra 2 x/q şam yarpağının üzərinə 200 ml qaynar su tökərək aşağı odda 30 dəqiqə qaynadın. Üzərinə 3 x/q bal əlavə edib 1 saat saxlayın. 10 gün ərzində yatmazdan əvvəl 1 x/q qəbul edin. 


4. Tələb olunanlar: 200 ml süd, 1 x/q bal və 0,5 st çobanyastığı çiçəyi.

 

Çobanyastığı çiçəyini südə tökərək qaynadın. Balı onda həll edərək soyudun. Süzərək yatmazdan əvvəl için. 


5. Tələb olunanlar: balqabaq toxumu, bal və konyak. 


0,5 stəkan təmizlənmiş tumları bal ilə qarışdırıb üzərinə 2 x/q konyak əlavə edin.