900 qram doğulan körpə xilas edildi

  • 2024.03.29 13:06
  • 3218 Baxış
900 qram doğulan körpə   xilas edildi

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 27-ci həftəsində ağır vəziyyətdə dünyaya gələn körpə 2.5 aylıq müalicədən sonra ağır vəziyyətdən çıxarılaraq müalicəsinin davamı üçün Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.



"Medicina" xəbər verir ki, 900 qram çəkidə olan körpə dərhal vəziyyəti ilə əlaqədar Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb.

Həkim-neonatoloq Kövsər Azadəliyeva və tibbi heyətin nəzarəti altında stasionar nəzarətdə olan körpəyə aparılan 2.5 aylıq müalicədən sonra həyatının 70-ci günündə nevroloji simptomların müayinə və müalicəsi ilə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.