Həkimlər yarım kiloqramlıq burunu kiçiltdilər – Maraqlı əməliyyat

  • 2018.02.20 18:22
  • 20153 Baxış
Həkimlər yarım kiloqramlıq burunu kiçiltdilər –  Maraqlı əməliyyat

Medicina.az xəbər verir ki, Sankt – Peterburqda rinofimadan əziyyət çəkən xəstə əməliyyat olunub.

 

Rinofima nəticəsində burnu böyüyən və şişən, nəfəs almaq, hətta yemək yeməkdə əziyyət çəkən 63 yaşlı pasiyentin üzərində unikal əməliyyat keçirilib və onun burnundan 500 qr çəkidə əlavə törəmə kəsilərək götürülüb, buruna normal forma verilib. 


Əməliyyatda həkimlər texniki çətinliklərlə üzləşiblər, xüsusən anestezioloqun işi həddən artıq mürəkkəb olub. 7 saatlıq əməliyyat uğurla başa çatdırılıb və burun üzərində dəri transplantat qoyulub.  

 


Həkimlər yarım kiloqramlıq burunu kiçiltdilər –  Maraqlı əməliyyat