Alimlərdən həyəcan - Yenidoğulmuş körpələrin nəcisində də plastik aşkarlandı

  • 2021.09.27 17:57
  • 2769 Baxış
Alimlərdən həyəcan -  Yenidoğulmuş körpələrin nəcisində də plastik aşkarlandı
Hazırda plastik hissəcikləri olan mikroplastiklər havada, suda, dənizdə, insan orqanizmində rast gəlinir.
Lakin mikroplastikin ana bətnində körpəyə keçməsi ilk dəfədir ki, aşkarlanıb və bu alimləri qorxudur.

Medicina.az xəbər verir ki, Environmental Science & Technology Letters-da dərc olunan elmi işdə Kanada alimləri 3 yenidoğulmuşun, 1 yaşa qədər 6 körpənin və 10 böyük insanın nəcisində mikroplastiklər tapıblar.

Mekoniya körpənin doğulandan sonrakı ilk nəcisidir. O, hələ uşaq ana bətnində olanda formalaşır.

1 yaşa qədər uşaqlar və böyüklərdə onlar 2-3 tip plastik aşkarlayıblar.

Hələ ki, mikroplastikin uşaq orqanizminə təsiri yeni öyrənilir və konkret olaraq dəqiq faktlar yoxdur. Amma məlumdur ki, orqanizmdə plastik zərrəcikləri olduqda onlar hormonlarla təhlükəli birləşmələr yaradır, maddələr mübadiləsi, beynin işinə təsir edir, yuxunu pozur, gələcəkdə sonsuzluq yarada bilər.