Alma və xiyar bahalı krem və losyonlardan daha yaxşı qırışlardan qoruyur, həm də qat-qat ucuzdur.
“Medicina” məlumatına görə, alimlər müəyyən ediblər ki, qadınlar təzə meyvə və tərəvəzlərlə zəngin pəhriz saxlasalar, 50 yaşdan sonra onların yaş qırışları əhəmiyyətli dərəcədə az olur.
Ancaq kişilər üçün xəbər o qədər də yaxşı deyil, onların pəhrizinə istənilən miqdarda meyvə və tərəvəz daxil edilməsi yaş qırışlarına təsir göstərmir.
Təbii ki, bu, həzm sisteminin normal işləməsi və arıq bədən quruluşundan tutmuş ürək xəstəliklərindən və şişlərdən qorunmağa kimi bir çox sağlamlıq faydaları olan bu məhsullardan imtina etmək üçün səbəb deyil.
Eyni zamanda, Hollandiyanın Rotterdam şəhərindəki Erasmus Tibb Mərkəzinin tədqiqatçıları da müəyyən ediblər ki, çörək, qırmızı ət və şirniyyat yeyən qadınlarda qırışlar daha qabarıq və dərin olur. Eyni qırışlar spirtli içki qəbul edən xanımları da gözləyir.
Bu araşdırmanın nəticələri göstərir ki, daha uzun müddət gənc qalmaq istəyən qadınlar üçün meyvələr müxtəlif kremlər və losyonlar üçün çox daha sərfəli alternativ ola bilər.
Meyvələr qadın orqanizmini çoxlu miqdarda vitamin və flavonoidlərlə təmin edir, dərini qocalmadan qoruyur və kollagenin sintezini təmin edir.
Aygün Musayeva