Ananas yeyəndə dil niyə yanır?

  • 2026.07.15 14:01
  • 235 Baxış
Ananas yeyəndə dil niyə yanır?

Təzə ananas yeyərkən dildə yaranan göynəmə və iynələnmə hissi çox insanın qarşılaşdığı haldır.

Medicina.az xəbər verir ki, bu, əksər hallarda allergiya deyil, meyvənin tərkibində olan bromelain adlı fermentlə bağlıdır.

Bu ferment zülalları parçalama xüsusiyyətinə malikdir və ağız boşluğunun səthindəki zülallara da təsir göstərir. Buna görə bəzi insanlarda ananas yedikdən sonra dil və damaqda yanma hissi yaranır.

Araşdırmalara görə, ananas nə qədər yetişmiş olarsa, tərkibindəki bromelainin təsiri bir o qədər azalır. Yaşıl və tam yetişməmiş meyvələr isə daha çox qıcıqlanmaya səbəb ola bilər.

Bu hissi azaltmaq üçün ananasın sərt orta hissəsini çıxarmaq, meyvəni bişmiş formada yemək və ya qatıqla birlikdə qəbul etmək kömək edə bilər. Çünki istilik bromelainin təsirini zəiflədir.

Xanım,
Medicina.az