Avtomat aparatdan qəhvə içən qız - şoka düşdü

  • 2024.05.02 16:25
  • 474 Baxış
Avtomat aparatdan qəhvə içən qız    -  şoka düşdü
İspaniyada aviaşirkət əməkdaşı aeroportda quraşdırılmış aparatdan hazır qəhvə içdikdən sonra reanimasiyalıq olub.


“Medicina” xəbər verir ki, 21 yaşlı qız fincandan bir neçə qurtum içdikdən sonra qabın içində həşəratlar görüb.


İçkidən 5 dəqiqə sonra onun üzü bədəni şişib və boğulmağa başlayıb.
Anaflaktik şok keçirən qızı təcili xəstəxanaya aparıblar.

Həkimlər onu həyata qaytara bilib.

Ailə polisə və məhkəməyə müraciət edib.

Onlar hesab edir ki, avtomatı quraşdırıb işlədənlər pis xidmət göstərib və insanların həyatını təhlükəyə atır.


Aygün