Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kişilər arvadın yanına qayıtmamaq üçün işdə yubanır

  • 2025.05.09 21:19
  • 209 Baxış
Kişilər arvadın yanına qayıtmamaq üçün    işdə yubanır


Çox kişilər işdə iş vaxtından çox qalır və bunu işin çoxluğu ilə əlaqələndirir.

Evə maksimum gec qayıdan kişilərin əslində ailə məsuliyyəti və ya arvaddan uzaq durmaq üçün belə etdiyi sübut olunub.

“Medicina” xəbər verir ki, Malayziya sakini sosial şəbəkədə bütün dostlarının evdə arvadlarının yanına qayıtmamaq üçün axşam 21:00-ə kimi işdə qaldıqlarını paylaşıb.


Kişilər işdə əlavə pul və əmək haqqına görə yox, həyat yoldaşlarından qaçış məqsədilə qalır.


Onlar bildirir ki, arvadlar kişilərə əsassız tələblər qoyur və onları hər zaman incidir. Bir çox arvadlar öz ərlərini rəfiqələrinin ərləri və internetdə gördükləri “ideal” bloger kişilərlə müqayisə etməyə meyllidirlər.

Odur ki, kasıb oğlanlar gecə saatlarına qədər işdə oturur, evə gəlmək, dərhal yatmaq və yaxınları ilə ünsiyyət qurmamaq istəyirlər.


Aygün Musayeva