Ağız boşluğunda yaranan bəzi dəyişikliklər bağırsaq sağlamlığı ilə əlaqəli ola bilər.
Medicina.az xəbər verir ki, həkim Gérald Kierzek ağızda müşahidə olunan 4 əlamətə diqqət çəkib.
Bunlar diş ətlərinin qanaması və həssaslaşması, davamlı ağız qoxusu, dilin ağ və ya sarı təbəqə ilə örtülməsi və bir neçə dişin itirilməsidir.
Mütəxəssis qeyd edib ki, bu əlamətlər birbaşa bağırsaq xərçənginin göstəricisi deyil. Lakin ağız mikrobiotasındakı dəyişikliklər bağırsaqda iltihabi proseslərlə əlaqəli ola bilər.
Həkim həmçinin nəcisdə qan, bağırsaq fəaliyyətində dəyişiklik, davamlı qarın ağrısı, səbəbsiz çəki itkisi və uzunmüddətli yorğunluq kimi əlamətlərə diqqət yetirməyi tövsiyə edib.
Bu simptomlar davam edərsə, vaxtında həkimə müraciət etmək və müayinədən keçmək vacibdir.
Xanım,
Medicina.az