Bakıda göbəyindən 1 həftədir qanlı irin gələn körpə əməliyyat olundu

  • 23 İyn 2022 15:27
  • 968 Baxış
Bakıda göbəyindən 1 həftədir qanlı  irin gələn körpə   əməliyyat olundu
Göbəyindən 1 həftədir çox miqdarda irin gələn və qızdırması olan 3 aylıq körpə Mərkəzi Klinikada uğurla əməliyyat edilib.


Medicina.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahı Fuad Hüseynov məlumat verib.

F.Hüseynov bildirib ki, körpənin valideynləri bundan əvvəl digər xəstəxanalara müraciət ediblər və körpəyə fərqli dərman müalicələri aparılıb. Valideynləri irinin getdikcə artığını və körpənin vəziyyətinin pisləşdiyini görüb Mərkəzi Klinikaya müraciət ediblər.

Aparılan müayinələr zamanı məlum olub ki, körpəni bu vəziyyətə salan səbəb anadangəlmə qüsurdur. Sidik kisəsi ilə göbək kordonunu bağlayan yolun bağlanmaması nəticəsində əmələ gələn infeksiyalaşmış Uraxus kistasıdır.

"Öncə irin tamamilə boşaldılıb və antibiotik müalicəsinə başlanılıb. Lakin belə vəziyyətdə gözləməklə yenə eyni halın təkrarlanma və bədxassəli şişə çevrilmə ehtimalı yaranır.
Bu səbəbdən cərrahi əməliyyat qərarı verilib, əməliyyatla kista tamamilə çıxarılıb, patohistologiyaya göndərilib", - deyə F.Hüseynov bildirib.