Birinci mərhələdə bu insanlar peyvənd olunacaq- Azərbaycanda

  • 2021.01.16 16:01
  • 1764 Baxış
Birinci mərhələdə bu insanlar peyvənd olunacaq - Azərbaycanda

Vaksinasiyada strateji prinsiplərdən birincisi könüllülük, ikincisi isə təhlükəsizlikdir.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Azərbaycan əhalisi üçün daha təhlükəsiz vaksin seçildiyini bildirib.

“Vaksinasiyanın strategiyasını şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət, əməkdaşılıq prinsipləri təşkil edir. Əhalinin risk qrupuna daxil olan hissəsi maksimum dərəcədə vaksinasiya ilə əhatə olunmalıdır”.

“Vaksinasiyanın ilkin mərhələsi səhiyyə işçilərini (həkim, orta və kiçik tibb heyəti, texniki heyət), hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hərbi qulluqçuları və s. qrupları əhatə edəcək.

Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının işçiləri nəzərdə tutulur. İkinci mərhələdə isə 50 yaş yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək”.