Bu meyvəni görməzdən gəlirik, halbuki çox faydalıdır…

  • 2019.01.08 14:20
  • 19318 Baxış
Bu meyvəni görməzdən gəlirik, halbuki çox faydalıdır…

 

İnsanların rasionunda nadir hallarda özün yer tapan yemişan meyvəsi çox faydalı məhsuldur. Yüngül turş dadı olan yemişan ürəkdən tutmuş xolesterola qədər bir çox xəstəliklərlə mübarizə aparır. 


Medicina.az xəbər verir ki, yemişan meyvəsi stressə qarşı da effektivdir. Sakitləşdirici özəlliyə malik meyvə insandakı stress səviyyəsini minimum salır.

Düzgün işləyən həzm sistemi…


Bağırsaq florasına müsbət təsir göstərən yemişan həzm sisteminin daha rahat və sağlam işləməsinə kömək edir. Qəbizlik, həzmsizlik və mədə ağrılarında effektivdir.


Yemişan meyvəsi mütəmadi olaraq yeyildikdə qan dövranını artırır, qan təzyiqini aşağı salır. Eyni zamanda maddələr mübadiləsinə müsbət təsit göstərir. Üstəlik yüksək xolesterolla əlaqəli ürək xəstəliklərinin də yaranmasının qarşısını alır. 


Bundan başqa aşağıdakı faydaları var:


Qaraciyəri qoruyur.


Bağırsaq infeksiyalarının məhv edilməsində rol oynayır.


Pis xolesterolu aşağı salır, yaxşı xolesterolu artırır.


Dərinin təmizlənməsinə və yenilənməsinə kömək edir.


Hamilələr yeyə bilərmi?


Hamiləlik orqanizmin, hormonların dəyişdiyi bir dövr olduğu üçün qidalanmaya daha çox diqqət yetirmək lazımdır. Lakin bu, hər sağlam qidanın qəbul edilməsi anlamına gəlməməlidir. Bu səbəbdən hamilələr yemişan meyvəsini yeməzdən əvvəl həkimi ilə məsləhətləşsə yaxşı olar.

Medicina.az