Bu saatdan sonra yatan uşaqların immuniteti zəif olur – Professordan İLGİNC

  • 07 Okt 2020 17:02
  • 2593 Baxış
Bu saatdan sonra yatan uşaqların immuniteti zəif olur  – Professordan İLGİNC

Uşaqları payız-qış xəstəliklərindən, viruslardan qorumaq üçün immunitetlərini möhkəmlətmək barədə çox yazılar oxuyur, araşdırır, övladlarınıza müxtəlif vitaminlər verirsiz.


Medicina.az xəbər verir ki, rusiyalı professor Andrey Prodeus bildirib fikir verilməli məqamın yuxu olduğunu bildirib.

İmmuniteti hər hansı preparatsız qaldırmağın yolu uşağın yuxu rejiminə nəzarətdir.


Əgər uşaq gecə 22:00-dən sonra yatırsa, valideynləri ilə birgə oyaq qalırsa onun immun sistemi elə həmin gündən zəifləyir. Bu uşaq səhər gümrah oyana bilməz, o artıq virus və bakteriyalara qarşı bir pillə yaxınlaşır.

Vitaminlərdən isə əsas D –nin normada olmasına diqqət yetirin. İmmunitetin vitamini D-dir. Uşağa D ilə zəngin yumurta, yağlı balıqlar, qaraciyər verin.