D vitamini əlavəsi ilə xərçəngdən ölüm riski 12% azalır.
Alimlər hesab edirlər ki, D3 vitaminində olan hormon şişin böyüməsinə maneə ola bilər.
Müəyyən qida maddələri bədənimizin ən yaxşı şəkildə işləməsi üçün vacibdir. Lakin yeni tədqiqatlar göstərir ki, onlar hətta xərçəngdən ölmə ehtimalını azaltmağa kömək edə bilər.
Medicina.az xəbər verir ki, onkoloq Andrey Vorobyovun sözlərinə görə, gündəlik D3 vitamini (D vitamininin bir forması) qəbulu xərçənglə əlaqəli ölüm riskini 12 faiz azalda bilər. D vitamini qəbulunun xərçəngin inkişafına və ya proqnozuna potensial təsirləri əvvəlki tədqiqatlarda araşdırılıb. Mövcud tədqiqatlara əsasən, D3 vitamini qəbulu xərçəngin inkişafından qorumur, lakin xərçənglə əlaqəli ölüm ehtimalını azalda bilər.
Bu təsir həmçinin D vitamini qəbulu xərçəng diaqnozundan əvvəl başladıqda daha çox özünü göstərib.
Mütəmadi olaraq, aşağı dozada əlavələr qəbul etmək əhəmiyyətsiz risklə əlaqələndirilir. Tədqiqatda qeyd olunan 400-4000 beynəlxalq vahid arasında gündəlik aşağı doza standarta uyğundur.
Aygün Musayeva