C vitamininin xərçəng müalicəsində önəmi

  • 2026.02.24 13:24
  • 104 Baxış
C vitamininin xərçəng müalicəsində  önəmi

Oksidativ stress və iltihab şişlərin yaranmasında və onkoloji xəstəliklərin gedişində əsas patofizioloji amillərdən hesab olunur. Buna görə xərçəng xəstələrində effektiv fizioloji antioksidant və iltihabəleyhinə təsirə malik Yüksəkdozalı infuzion C vitamini həm profilaktik, həm də palliativ müalicə məqsədilə istifadə olunur.

Tədqiqatlara əsasən, şişin özü və aparılan müalicə C vitamininin plazma səviyyəsinin azalmasına səbəb olur. Bu səviyyə isə həyati vacib metabolik funksiyaları qoruma və oksidativ stresə qarşı yetərli müdafiəni təmin etmək üçün kifayət etmir. Adekvat fizioloji C vitamini səviyyəsinin yüksək dozada parenteral tətbiq ilə bərpası, xəstəlik və terapiya ilə bağlı simptomların azalmasına kömək edir.

Dərc olunmuş geniş klinik tədqiqatlar və retrospektiv məlumat topluları göstərir ki, Yüksəkdozalı C vitamini infuziyası xərçəng xəstələrində əsasən iki terapevtik məqsədlə tətbiq olunur:

• həyat keyfiyyətinin yaxşılaşdırılması

• kimyaterapevtik potensiala malik maddə kimi istifadə

İlk baxışda ziddiyyətli görünə bilən bu yanaşma elmi baxımdan izah edilə bilər. Yüksək dozada C vitamini sağlam və şiş toxumasına fərqli təsir göstərir: sağlam hüceyrələrdə antioksidant, bədxassəli hüceyrələrdə pro-oksidant təsir göstərir.


Kimyaterapevtik potensiala malik maddə kimi Yüksəkdozalı C vitamini bir çox xərçəng hüceyrəsinə təsir edən ən azı üç zəif nöqtəyə hücum edir

1. Yüksəkdozalı vitamin C xərçəng hüceyrələrinə selektiv prooksidativ tumor sitotoksik təsir göstərir.

2. Yüksəkdozalı vitamin C epigenetik profili şişin yatırılması istiqamətində tənzimləyir.

3. Yüksəkdozalı vitamin C şiş toxumasında (HIF daxil olmaqla) enerji istehsalını və angiogenezi inhibə edir.

Proqressivləşən xərçəng xəstələrində vitamin C çatışmazlığı geniş yayılmışdır.

Plazmada vitamin C-nin konsentrasiyası az olan pasiyentlər daha az ömür sürür.

Müşahidələrdə həftədə 3 dəfə 1q/ kq dozada tətbiq olunmuş intravenoz askorbin turşusunun proqressivləşən, müalicəyə tabe olmayan bədxassəli şişləri olan pasiyentlərdə təhlükəsiz və əhəmiyyətli dərəcədə qeyri-toksiki olması müəyyənləşdirilmişdir.

İltihab şişin inkişafında əsas rol oynayır: şişin proliferasiyasına, angiogenezə, metastaza, terapiyaya rezistentliyə təsir edir.



Yüksəkdozalı intravenoz askorbatla müalicə xərçəng xəstələrində iltihabı azalda bilər.

Yüksəkdozalı intravenoz askorbat müalicəsi ilə simptomatikanın, xüsusilə yorğunluq, ağrı, yuxusuzluq, qəbizlik və həmçinin maliyyə çətinliyinin əhəmiyyətli dərəcədə azalması müşahidə edilir.


Ngo, B., J. M. Van Riper, L. C. Cantley and J. Yun (2019).

"Targeting cancer vulnerabilities with high-dose vitamin C." Nat Rev Cancer.

Nina Mikirova 1, Joseph Casciari , Andrea Rocers , Pol Teylor


High-dose intravenous vitamin C, a promising multi-targeting agent in the treatment of cancer


Intravenous vitamin C as a chemotherapy agent: a report on clinical cases


Phase I clinical trial of i.v. ascorbic acid in advanced malignancy


Həkiminizlə məsləhətləşin!