Daha yarım milyon insan koronavirusdan ölə bilər - ÜST

  • 2021.11.22 16:15
  • 1425 Baxış
Daha yarım milyon insan koronavirusdan ölə bilər -  ÜST
Avropa ölkələri məhdudlaşdırıcı tədbirləri sərtləşdirməsə, mart ayına qədər bu regionda daha 500 min insan koronavirusdan ölə bilər.

Mediicina.az məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüqe Böyük Britaniyanın "BBC" Yayım Korporasiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, infeksiyanın yayılmasına qış mövsümü, qeyri-kafi peyvənd olunma səviyyəsi və daha çox yoluxucu "delta" ştammının regionda üstlük təşkil etməsi kimi amillər təsir edir
"COVID-19 yenidən bölgəmizdə bir nömrəli ölüm səbəbinə çevrilib".

O, qeyd edib ki, məcburi peyvəndləmə “son çarə” kimi qəbul edilməlidir, lakin bu məsələ ilə bağlı “hüquqi və ictimai müzakirələrin” aparılması “çox vaxtında” olardı. ÜST nümayəndəsi vurğulayıb ki, infeksiyaya qarşı mübarizənin başqa vasitələri var, məsələn, COVID-keçidləri, bunlar "azadlığın məhdudlaşdırılması deyil, fərdi azadlığımızı qorumaq üçün bir vasitə" kimi qəbul edilməməlidir.