Dəhşət: 9 yaşlı uşaqda prostat xərçəngi aşkarlandı

  • 2025.11.05 19:47
  • 73 Baxış
Dəhşət: 9 yaşlı uşaqda prostat xərçəngi    aşkarlandı

Həkimlər Oklahomadan olan 9 yaşlı Trevor Storiyə 3-cü mərhələ prostat xərçəngi, rabdomiosarkoma diaqnozu qoyublar.


“Medicina” xəbər verir ki, uşaq mədə ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi. Ana eşitdiyi xəbərdən dəhşətə gəlib. Uşağın nənələri də xərçəng xəstəliyindən vəfat etmişdi.

"Ona prostat xərçəngi olduğunu deyəndə sadəcə ağladı. Trevor sağ qalma şansının olmadığını düşünürdü. Həkimlər mənə məsləhət gördülər ki, uşağın psixikası üçün bu çətin söhbəti daha yumşaq apara bilək. Həkimlər mənə diaqnozu dedikdən bəri mən özüm də oğluma hər şeyi necə danışacağımı daim düşünürdüm."

Həkimlər ağlayan uşağa rabdomiosarkomanın sağalmaz olmadığını və sağalma şansının yaxşı olduğunu bildirdilər. Bir neçə gün sonra cərrahlar əməliyyat keçirdilər və şişi çıxardılar. Trevor hazırda 42 həftə davam etməsi planlaşdırılan kimyaterapiyadan keçir. Oğlan artıq güclü dərmanlar səbəbindən saçlarını töküb.

Həkimlər Trevorun tam sağalacağına söz verirlər, amma hələlik dözməlidir.

Aygün Musayeva