DÜNYADA NADİR - Domino qaraciyər nəqli Türkiyədə edildi - FOTO

  • 2023.03.22 10:43
  • 1557 Baxış
DÜNYADA NADİR -  Domino qaraciyər nəqli Türkiyədə edildi - FOTO
Qaraciyər transplantasiyası növləri içində ən mürəkkəbi olan Domino orqan nəqli Türkiyənin Başkent xəstəxanasında həyata keçirilib.

Medicina.az xəbər verir ki, Ürdündən olan 11 yaşlı uşağa oksalisoz diaqnozu qoyulub. Ona donor olan anasından qaraciyər payı köçürülüb. Və eyni zamanda uşaqdan çıxarılan qaraciyər payı xərçəng xəstəsi olan, qaraciyər nəqli gözləyən 55 yaşlı kişi pasiyentə köçürülüb. Eyni mərkəzdə eyni anda baş verən bu tip əməliyyata Domino nəql deyilir.

Beləliklə, dünyada nadir əməliyyat Başkent xəstəxanasında professor transplantoloq Mehmet Haberal tərəfindən uğurla icra edildi.

Hər 3 pasiyentin vəziyyəti yaxşıdır.

Peşəkar komanda ilə mümkünsüz əməliyyat yoxdur.