Bu yaxınlarda hamilə olduğunu açıqlayan və konsertlərini fasiləsiz davam etdirən türkiyəli müğənni Melike Şahin, son çıxışı zamanı mahnı oxumaqda çətinlik çəkdiyinə görə tamaşaçılar tərəfindən tənqid edilib.
Medicina.az xəbər verir ki, son zamanların ən populyar adlarından biri olan Melike Şahin, hamiləliyini açıqladıqdan sonra sıx konsert cədvəlinə davam edir. Hamiləliyinə baxmayaraq, məşhur müğənni pərəstişkarları ilə görüşməyə davam edir. Lakin onun səhnə performansı müzakirə mövzusuna çevrilib.
Melike Şahinin mahnılarını oxumaqda çətinlik çəkməsi zaldakı bəzi musiqisevərləri məmnun etməyib. Tamaşaçılar sənətçinin hamiləliyi səbəbindən səhnədə çətinlik çəkdiyini bildirib və bunun onun çıxışına mənfi təsir etdiyini iddia ediblər.
Konsert iştirakçıları Şahini sosial mediada canlı ifa zamanı nəfəs almaqda çətinlik çəkdiyinə görə tənqid ediblər.
"Bəli, hamiləsən. Nəfəs almaqda çətinlik çəkə bilərsən, amma düşünürəm ki, bu, tamaşaçılara qarşı hörmətsizlikdir", deyiblər.
Aygün