Hamilələrə isti su ilə çimmək olar? - Həkim məsləhəti

  • 2025.11.13 09:05
  • 139 Baxış
Hamilələrə isti su ilə çimmək olar? -  Həkim məsləhəti

Hamilələrə isti su ilə çimməyi məsləhət görmürəm.

Medicina.az xəbər verir ki, bunu ginekoloq Kəmalə Quliyeva bildirib.

Onun sözlərinə görə, isti su ilə çimdikdə damarlar genişlənir:

"Damarlar genişləndikdə arterial təzyiq düşür. Bu hamilədə bayılmaya, döldə isə qidalanmanı dayandıraraq inkişafdan qalmaya səbəb ola bilər. Soyuq duşu da məsləhət görmürük. Çünki soyuq suda damarlar, əzələlər sıxılır. Bu da açılışa gətirib çıxarır. Hamilələrə ilıq su ilə çimməyi məsləhət görürük. Hətta hər gün çimə bilərlər, hamamda qısa müddət qalmaq şərti ilə".



Aygün
Medicina.az