Hemoroid bildi, xərçəng çıxdı

  • 2026.07.17 16:21
  • 286 Baxış
Hemoroid bildi,  xərçəng çıxdı

ABŞ-də yaşayan Tracy Robert uzun illər qarın ağrısı, köp və qanaxmalarını bağırsaq qıcıqlanması sindromu və hemoroidlə əlaqələndirib. Lakin 40 yaşında aparılan müayinələr nəticəsində ona yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, həkimlərin apardığı kolonoskopiya zamanı şübhəli törəmə aşkarlanıb və xəstəliyin artıq irəliləmiş mərhələdə olduğu müəyyən edilib.

Tracy əməliyyat və kimyaterapiya müalicəsi alıb, hazırda isə sağalıb.

Mütəxəssislər bildirirlər ki, nəcisdə davamlı qan, bağırsaq vərdişlərində dəyişiklik, səbəbsiz yorğunluq və çəki itkisi kimi əlamətlər, hətta gənc yaşlarda belə, diqqətdən kənarda qalmamalıdır. Bu əlamətlər həmişə xərçəng demək deyil, lakin yoxlanılması vacibdir.

Xanım,
Medicina.az