İntim nahiyənin düzgün gigiyenası infeksiyaların qarşısını almağa kömək edir. Lakin bəzi vərdişlər əksinə, təbii qoruyucu mühiti poza bilər.
İntim nahiyəni həddindən artıq yumaq – Bu, təbii mikrofloranı poza bilər.
Ətirli sabun və sprey istifadə etmək – Qıcıqlanma və allergiyaya səbəb ola bilər.
Vaginal duş (daxili yuma) etmək – Tibbi göstəriş olmadıqca tövsiyə edilmir, çünki infeksiya riskini artıra bilər.
Nəm və dar alt paltarını uzun müddət geyinmək – Göbələk və bakteriyaların çoxalmasına şərait yarada bilər.
Tualetdən sonra arxadan önə doğru silmək – Bağırsaq bakteriyalarının sidik yollarına və vaginaya keçmə riskini artırır. Doğru istiqamət öndən arxayadır.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Pis qoxulu və ya rəngi dəyişmiş axıntı olduqda.
Güclü qaşınma, yanma və ya ağrı hiss edildikdə.
Cinsi əlaqə zamanı və ya sonrasında ağrı və ya qanaxma olduqda.
Şikayətlər bir neçə gün ərzində keçmədikdə və ya təkrarlananda.
Düzgün intim gigiyena sadə, müntəzəm və zərif qulluqdan ibarətdir. Əksər hallarda yalnız ilıq su və ya həssas dəri üçün uyğun, qoxusuz təmizləyici vasitələr kifayət edir.
Aygün
Medicina.az