Türk kinosunun canlı əfsanələrindən biri olan Kadir İnanır haqqında xəbərlər pərəstişkarlarını narahat edib.
Medicina.az xəbər verir ki, türk kinosunun ustalarından biri olan Kadir İnanır dünən gecə narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.
İnanır xəstəxanada ilkin müalicədən, həkimlərin ətraflı müayinələrindən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Aktyorun sağlamlıq vəziyyətinin yaxından izlənildiyi bildirilsə də, xəstəxana rəhbərliyi tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Kadir İnanır 24 mart 2024-cü ildə beynində qan laxtalanması səbəbindən xəstəxanaya yerləşdirilib və uzun müddət reanimasiyada müalicə alıb. Aylarla davam edən müalicə və fizioterapiyadan sonra sənətçi xəstəxanadan buraxılıb, lakin sonradan ağciyər infeksiyası səbəbindən yenidən müalicəyə göndərilib.
İnanır təxminən bir ildir ki, fizioterapiya alır və bu yaxınlarda onun yaxın dostları ilə görüşdüyü görüntülər ictimaiyyətə yayılıb.
77 yaşlı Kadir İnanır arıqlaması və yorğun görünüşü ilə diqqət çəkib. Bu vəziyyət pərəstişkarlarını narahat edib.
Aygün
Medicina.az