Meteohəssas insanlar ehtiyatlı olun! - XƏBƏRDARLIQ

  • 2019.07.10 13:50
  • 10112 Baxış
Meteohəssas insanlar ehtiyatlı olun! - XƏBƏRDARLIQ

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru  Umayra Tağıyeva son günlərdə müşahidə edilən hava şəraiti ilə bağlı jurnalistlərə açıqlama verib. Medicina.az xəbər verir ki,  iyulun birinci ongünlüyü qeyri sabit keçib, keçən illərlə müqayisədə yağmurlu günlərin sayı da bir qədər çox olub.

 

mövcud hava şəraitinə görə, U.Tağıyeva meteohəssas insanlara da xəbərdarlıq edib:

 

 
"İyulun 11-dən başlayaraq iyulun 12-si günün 1-ci yarısınadək atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda  diskomfort hissi yarada bilər".