Moskvada mindən çox insan koronavirusdan öldü

  • 2020.05.09 00:06
  • 7593 Baxış
Moskvada mindən çox insan koronavirusdan öldü
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.

Medicina.az xəbər verir ki, Moskvada son sutka ərzində 54 nəfər COVİD-19 infeksiyasından dünyasını dəyişib. Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 1010 nəfərə çatıb.


Rusiyada indiyədək 187 min 859 nəfər koronavirusa yoluxub, 1723 ölüm halı qeydə alınıb.