Müəllim şagirdin su şüşəsinə sidik tökdü

  • 2026.08.27 22:30
  • 113 Baxış
Müəllim şagirdin su şüşəsinə sidik tökdü


Yaponiyanın Qunma prefekturasındakı orta məktəbdə müəllim işləyən bir kişi şagirdə qarşı şok hərəkət edib.

Müəllim şagirdin nəzarətsiz qoyduğu su şüşəsini görüb və öz sidiyini ora töküb.


Medicina.az xəbər verir ki, 20 yaşlı ekssentrik gənc səhvinin diqqətdən kənarda qalacağına ümid etsə də, yeniyetmə dərhal suda bir problem olduğunu anlayıb.

O, valideynlərinə şikayət edib və onlar da öz növbəsində məktəb rəhbərliyi ilə əlaqə saxlayıblar.

Cəmi bir ay sonra günahkar müəyyən edilib və o, günahını etiraf edib. Yaponiyanın təhsil agentliyi müəllimi işdən çıxarmaq qərarına gəlib və bütün məktəb işçilərinin daha çox nəzarət altında olacağını bildirərək ictimaiyyətdən üzr istəyib.

Aygün Musayeva