Mutant virus daha çox bu yaşda uşaqlara təsir edir- Türkiyəli alim

  • 29 Mrt 2021 15:09
  • 1357 Baxış
Mutant virus daha çox bu yaşda uşaqlara təsir edir - Türkiyəli alim

“Mutant virus daha çox 0-9 yaş qrupuna təsir edir”.

Medicina.az xəbər verir ki, Türkiyənin Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri professor Mehmet Ceyhan deyib.

Onun sözlərinə görə, artıq 5 ölkədə koronavirus mutantlarının daha çox uşaqlara yoluxduğuna rast gəlinib və xüsusilə, 0-9 yaş qrupunda xəstəlik sayında artım var.

Qrip və mövsümi qripə yol açan 2 mutant virus olduğunu ifadə edən professor bildirib ki, onlardan biri H1N1, digəri H3N2-dir: “H1N1 İspan qripində ortaya çıxdı, ancaq həyatımızdan getmədi.

Digəri isə Asiya qripindən əmələ gəldi və hələ də dövriyyədədir. Bir il bir növ daha çox yayılır, o biri il digəri. H3N2, əsasən, yaşlıları təsir edir, H1N1 isə uşaqları və gəncləri yoluxdurur, ölüm və qadınlarda düşük nisbətini artırır. Lakin H3N2 bu qədər təsir etmir.

Ardıcıl 5 ölkə mutant virusu olan xəstələrin, xüsusilə, 0-9 yaş qrupundakı kiçik uşaqlar olduğunu bildirib”.