Qarpız yeyəndən sonra qadının ürəyi dayandı – Əsl səbəb

  • 2023.09.12 15:40
  • 1188 Baxış
Qarpız yeyəndən sonra qadının ürəyi dayandı  – Əsl səbəb


Moskvada qarpız yeyəndən sonra halı pisləşən və xəstəxanada ölən qadının ölüm səbəbi açıqlanıb.

“Medicina” xəbər verir ki, patoloji müayinə qarpızdan zəhərlənmə aşkar etməyib. Qadında bir çox xroniki xəstəliklər olub və o kəskin ürək çatışmazlığından ölüb.

Belə ki, metrostansiyası yaxınlığından qarpız alan gənc qadın evdə qarpızı kəsərək, ailəliklə yeyib. Amma sonradan o zəhərlənmə hiss edib və 2 gün özünü müalicə ilə məşğul olub.

Onun mədəsi ağrıyıb, ürəyi bulanıb və qaytarıb. İkinci gün huşunu itirəndən sonra ailə təcili yardım çağırıb. Qadının ürəyi dayanıb.

Qarpızdan yeyən digər insanlarda isə heç bir əks təsir olmayıb.

Ailə isə onun qarpızdan zəhəlrəndiyini iddia etsə də, tibbi müayinə başqa səbəb üzə çıxarıb. Qadın infarkt keçirirmiş və onu zəhərlənmə ilə sadəcə səhv salıb və vaxtında həkimə getməyib.

Aygün Musayeva