Qız uşaqları oğlanlara nisbətən daha tez danışmağa başlayır. - Həkim pediatr

  • 2022.04.06 16:21
  • 2029 Baxış
Qız uşaqları oğlanlara nisbətən daha tez danışmağa başlayır.  - Həkim pediatr

“Qız uşaqları oğlanlara nisbətən daha tez danışmağa başlayır”.

Medicina.az apa.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib. Onun sözlərinə görə, bu, uşağın sosial mühitindən də asılıdır:

“Amma əgər uşaq gec danışırsa, ilk olaraq eşitmə problemlərindən şübhələnirik. Buna görə də yeni doğulanlarda eşitmə testi aparılır. Doğulan hər 3 min uşaqdan biri eşitmə qüsürlu olur”.

Pediatr uşaq bezlərinin mənfi təsirini də qeyd edib:

"Bez istifadə edilən zaman dərinin hava ilə təması olmur. Uşağın qasıq tərəfi tərə məruz qalır. Bez tez-tez dəyişdirilməyəndə uşaqlarda ciddi narahatlıq yaradır. Uşaq əgər özü gəzirsə, bezi yavaş-yavaş tərgitmək lazımdır" - o deyib.