Qız uşaqlarınızı xərçəngə qarşı peyvənd etdirin

  • 2021.11.01 18:32
  • 1645 Baxış
Qız uşaqlarınızı xərçəngə qarşı peyvənd etdirin

Peyvəndlə uşaqlıq boynu xərçəngindən qorunmağın mümkün olduğunu xatırladan mütəxəssislər qız övladı olan valideynlərə səslənib.

Medicina.az xəbər verir ki, HPV adlandırılan “Human Papilloma Virus”u demək olar ki, bütün uşaqlıq boynu xərçənglərinin ən əsas səbəbidir.

Həkimlər xəstəlikdən qorunmağın ən doğru və asan yolunu peyvənd etdirməkdə görürlər: "Sağlam gələcək üçün qızlarınızı peyvənd etdirin..."

Nümunə üçün Avstraliya təcrübəsində 70% peyvəndləmənin nəticəsi olaraq, xərçəng öncəsi lezyonlarda 38 % azalma əldə edilib.

Peyvənd üçün ideal yaş 11-12 yaşdır. 13-26 yaş arasında əvvəllər peyvənd olunmayıbsa və ya peyvənd cədvəli tamamlanmayıbsa, peyvənd bu yaş qrupu üçün də tövsiyə olunur.

Yaş qrupuna uyğun olaraq, peyvənd 15 yaşdan aşağı olanlar üçün 2 doza, bu yaş qrupundan yuxarı olanlar üçün isə 3 doza olaraq planlaşdırılır.