Xəstəxanada 5 xəstəyə QİÇS yoluxdurdular – Məhkəmə

  • 2019.11.16 15:09
  • 5255 Baxış
Xəstəxanada 5 xəstəyə QİÇS yoluxdurdular  –  Məhkəmə
Xəstəxanada müalicə alarkən elə tibbi müəssisə daxilində QİÇS virusu yoluxdurulan pasiyentlərdən biri artıq məhkəmə yolu ilə kompensasiya almağa nail olub.

Medicina.az xəbər verir ki, Rusiyanın Stavropol əyalətinin Budennovska xəstəxanasında 5 pasiyentə bu təhlükəli virus keçib.


Rusiya Səhiyyə Nazirliyi bildirir ki, faktla bağlı araşdırma aparılır, günahkarlar cəzalanacaq.

 Xəstələrin isə dövlət hesabına müalicəsinə başlanılıb.


Belə ki, infeksion şöbənin işçilərinin tibbi manipulyasiyalar və sanitar gigiyenik işlər zamanı təhlükəsizlik qaydalarını pozublar.


Digər fərziyyəyə görə, bir şöbədə yatan xəstələrdən biri QİÇS olub və bu barədə həkimlərə məlumat verməyib.

Amma bu fakt əsas vermir ki, tibbi personal bioloji təhlükəsizliyi qorumasın və digər xəstələrin həyatını təhlükəyə atsın.