Fransalı dietoloq səhər yeməyində etdiyi sadə dəyişikliklə həzm sistemində və enerji səviyyəsində müsbət nəticələr gördüyünü bildirib.
Medicina.az xəbər verir ki, o, əvvəl səhərlər ağ baget çörəyinə üstünlük versə də, daha sonra təbii mayalı çörəyə keçib. Dietoloqun sözlərinə görə, bu dəyişiklik toxluq hissini artırıb, həzmi yaxşılaşdırıb və bağırsaq mikrobiotasına müsbət təsir göstərib.
Mütəxəssislər bildirirlər ki, təbii mayalı çörək uzun fermentasiya prosesi ilə hazırlandığı üçün bağırsaqdakı faydalı bakteriyalar üçün daha uyğun mühit yarada bilər. Xüsusilə tam və yarımçıq üyüdülmüş unla hazırlanan mayalı çörəklər daha çox lif ehtiva edir.
Ağ çörək isə lif baxımından daha kasıb olduğu üçün qan şəkərinin daha sürətli yüksəlib-enməsinə səbəb ola bilər. Bu isə gün ərzində yorğunluq və tez acma hissini artıra bilər.
Xanım,Medicina.az