Supermarketlərdə olan ən yaxşı 5 qəlyanaltı

  • 2026.08.25 12:18
  • 98 Baxış
Supermarketlərdə olan ən yaxşı 5 qəlyanaltı

Yuka tətbiqi supermarketlərdə satılan qəlyanaltılar arasında daha yüksək qiymətləndirilən 5 məhsulu açıqlayıb.

Medicina.az xəbər verir ki, siyahıda çips, yerfındığı, tortilla çipsləri, grissini və tzatziki yer alıb.

Ən yüksək nəticəni əlavə duz vurulmamış qovrulmuş yerfındığı göstərib – 84/100. Ardınca sadə çipslər – 72/100, çili dadlı tortilla çipsləri – 60/100, bio tzatzikisi – 61/100 və çoxdənli grissini – 51/100 qərarlaşıb.

Yuka məhsulları əsasən Nutri-Score, qida əlavələri və bio inqrediyentlərin payı əsasında qiymətləndirir. Lakin yüksək bal alan məhsulların belə ölçülü şəkildə istehlak edilməsi tövsiyə olunur. Qəlyanaltı zamanı çips və digər duzlu məhsulları kök, xiyar və turp kimi tərəvəzlərlə tamamlamaq daha yaxşı seçim hesab olunur.

Xanım,
Medicina.az