Kefir istehlakı bağırsaq-beyin əlaqəsinə müsbət təsir göstərir ki, bu da hipertoniyanın yaxşılaşdırılması üçün çox vacibdi.
“Medicina” xəbər verir ki, ABŞ və Braziliyadan olan bir qrup alim sübut edib.
Onlar yüksək təzyiqli siçovullar üzərində təcrübələr aparıb və kefir içməyin damar sistemini yaxşılaşdırmağa və hipertoniyada qan təzyiqini aşağı salmağa kömək etdiyi qənaətinə gəldilər.
Heyvanlar üç qrupa bölündü. Birinci və ikinci qruplar hipertoniyalı gəmiricilərdən ibarət idi, lakin yalnız bir qrupdan olan siçovullar kefir qəbul etdilər. Üçüncü qrup isə içki qəbul etməyən tamamilə sağlam gəmiricilərdən ibarət idi.
Doqquz həftədən sonra kefir qəbul edən heyvanlarda qan təzyiqinin azalması və bağırsaq baryer funksiyasının bərpa olunması müşahidə edildi. Dörd fərqli bakteriyanın balansının normallaşdığı və nəticədə sinir sisteminin normal fəaliyyəti üçün vacib olan bir fermentin istehsalının artdığı məlum oldu. Bu proseslər qan təzyiqinin yaxşılaşması ilə müşayiət olundu.
Alimlər qeyd edirlər ki, bağırsaq və beyin bədəndə bir-biri ilə əlaqəli sistemdir. Bu əlaqə düzgün işlədikdə, bədən prosesləri uyğunlaşır və qan təzyiqi sağlam səviyyədə saxlanılır.
Tədqiqatçıların fikrincə, kefir bu normal əlaqəni probiotiklərin təsiri, xolesterolu aşağı salmaq qabiliyyəti və qan şəkərinin idarə olunması kimi fizioloji mexanizmləri yaxşılaşdırmaq qabiliyyəti sayəsində qoruyur.
Aygün Musayeva