Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Ümid yeri qalmayıb” - Ağakərimin son durumu

  • 2025.06.03 13:49
  • 243 Baxış
"Ümid yeri qalmayıb” -  Ağakərimin son durumu

Meyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkarı Ağakərimin (Kərim Novruzov) səhhəti ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, bu barədə meyxanaçı "Afaqla 10lar" verilişinə müsahibəsində danışıb.

"Kərim uzanıb qalıb. Otura, dura, gəzə, demək olar danışa bilmir, yaxşı başa düşmür. Ümid ancaq Allahadır. Ümid yeri qalmayıb. 10-15 dəfə deyirəm, "Kərim, salam. Ağamirzədir". Ondan sonra başı ilə işarə edir ki, bildim. Bizim söhbətimiz bununla da qurtardı. Allah bütün xəstələrə kömək olsun. Kərim də onların içində" deyə, o bildirib.

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.