Mayonezli olivye, paytaxt kimi salatları körpələrə neçə yaşdan dadızdırmaq olar?
“Medicina” xəbər verir ki, pediatr Lyubov Andreyeva ağır tərkibli salatların uşaqlara hansı yaşdan verilməli olduğunu bildirib.
“Mayonezli salatları azyaşlı uşaqlara, körpələrə vermək olmaz.
Çoxkomponentli qidalar ancaq 8 yaşdan yuxarı uşaqlara verilə bilər. Əgər uşaq azyaşlıdırsa, bu yeməklər həzm olunmadan bütün həzm sistemini yükləyə bilər.
“Sağlam uşaq artıq belə salatları 7-10 yaşından yeyə bilər. Bu yaşdan həzm sistemi bu qidanı əzm edə bilər.
Uşaqlara onlara tanış yeməklər, bir tərkibli qidalar vermək lazımdır. Hətta ad günündə belə salatlar olmaz. Uşaqlar üçün axşam yeməyi saat 7-də bitməlidir”.
Aygün Musayeva